Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistraturaya qəbul imtahanlarının 2-ci mərhələsi iyunun 24-də keçiriləcək
17.03.12 02:56

2012-2013-cü tədris ili üçün magistraturaya qəbul üzrə keçiriləcək ikinci imtahanın vaxtı bəlli olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadənin sözlərinə görə, magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi iyunun 24-də keçiriləcək. Magistraturaya proqram seçimi isə iyunun 4-12-də aparılacaq. Magistraturaya ikinci mərhələnin imtahanı keçirildikdən və bakalavrlar imtahanda topladıqları balları bildikdən sonra, iyunun 27-29-da magistraturaya ixtisas seçimi aparılacaq. Sədr bildirib ki, mayın 30-da magistraturaya qəbul kampaniyası başa çatacaq. Qeyd edək ki, TQDK 2012-2013-cü tədris ili üçün ixtisaslaşma seçimi cədvəli və ixtisaslaşmalar üzrə qəbul proqramlarını da çap edib. Sayca 3-cü olan “Magistr” jurnalında ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları əks olunub. Hər bir bakalavr ixtisaslaşma seçimi cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilər. Hər bir bakalavr qəbul imtahanının birinci mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və müvafiq proqram əsasında imtahanların ikinci mərhələsinə hazırlaşmalıdır.
URL / WWW
http://kelam.az/article/a-5960.html