Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
16.03.12 20:56

2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib. M.Abbaszadə bildirib ki, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək. Sədr həmçinin bildirib ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan isə paralel olaraq ərizələrin təsdiqlənməsi də başlanacaq. Qeyd edək ki, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də baş tutacaq.
URL / WWW
http://kelam.az/article/a-5959.html