Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Əhmədov: Ali məktəblərin sayı artırılmalıdır
17.03.12 02:56

“Artıq Azərbaycanda ali məktəblərin sayı, o cümlədən iş yerlərinin sayı artırılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov çıxış edib. O qeyd edib ki, son 20 il ərzində Azərbaycanda əhalinin sayı 2 milyon nəfər artıb və bu da ildə əhalinin təxminən 100 min nəfər artması deməkdir. “Əgər hazırda ali təhsilə əhalinin 30 faizi cəlb olunursa, gələcəkdə indiki plan üzrə cəmi 25 faiz cəlb olunacaq ki, bu da inkişaf etmiş dünya ilə ayaqlaşmır” - deyə Ə.Əhmədov vurğulayıb. O bildirib ki, Azərbaycanın 2020-ci il üçün müəyyənləşdirdiyi inkişaf strategiyasında ali təhsil müəssisələrinin sayının artırılması və ali təhsil alanların 50 faizə çatdırılması planlaşdırılmalıdır. “Əhalinin sayı ildə 100 min nəfər artırsa, iş yerlərinin də sayı müvafiq qaydada artırılmalıdır” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5958.html