Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hökumət parlamentdə hesabat verir
17.03.12 03:55

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov gündəlikdə hökumətin hesabatının olduğunu vurğulayıb. Spiker hesabatla bağlı ümumi məlumat verərək deyib ki, ötən ildə ölkənin investisiya imkanları 72 faizə çatıb, əhalinin gəlirləri 20 faiz artıb. Daha sonra baş nazir Artur Rəsizadə deputatlar qarşısında hesabat verib. O qeyd edib ki, keçən il Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dolları ötüb, pensiyalar 40 faiz artıb. “Ümid’ və “Abşeron” yataqlarında zəngin qaz resursları aşkarlanıb. “Ölkədə ilk dəfə böyük istehsal gücü olan azot gübrəsi istehsalı zavodu yaradılıb. Həyata keçirilən infrastruktur layihələri ölkəni regional nəqliyyat qovşağına çevirəcək” - deyə A.Rəsizadə vurğulayıb. O, Azərbaycanda internet istifadəçilərinin 65 faizə çatdığını və dünya üzrə orta göstəricini iki dəfə üstələdiyini, bu il Azərbaycanın süni peykinin kosmosa buraxılacağını diqqətə çatdırıb. Baş nazir qeyd edib ki, əhalinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində mühüm işlər aparılıb və bu işlər davam etdirilir. “Bu işlərə ümumilikdə 3 milyard dollar xərclənəcək. Təhsil sahəsinə gəlincə, keçən il 182 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5955.html