Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Daxili İşlər Nazirliyi qaçqın və məcburi köçkünlərə 63 min manat yardım etdi
15.03.12 15:01

Bu gün, Novruz bayramı ərəfəsində daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-nin təmsilçiləri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. DİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitlərinin, rifah hallarının daha da yaxşılaşdırılması istiqamətində prezident İlham Əliyevin bu kateqoriyadan olan həmvətənlərimizin qayğıları ilə daim maraqlandığına, problemlərinin həllinə hər zaman yardımçı olduğuna görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə də minnətdarlığını bildirib. Nazir müavini Ə.Ələkbərov DİN-in rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından görüş iştirakçılarını bayram münasibətilə təbrik edib. Belə görüşlərin Azərbaycan prezidenti İlham Əliyevin birbaşa göstərişi və tapşırığı əsasında keçirildiyini vurğulayan Ə.Ələkbərov son illər cəmiyyət həyatının bütün sahələrində köklü islahatların həyata keçirildiyini, cinayətkarlıqla qətiyyətli mübarizə aparıldığını bildirib. Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatın 40 min manatı Sabirabadda məskunlaşan həmvətənlərimizə çatdırılıb. Bundan əlavə, sözügedən vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.
URL / WWW
http://kelam.az/article/a-5953.html