Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşavirini qəbul edib
16.03.12 15:01

Prezident İlham Əliyev bu gün Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri xanım Biserka Yeftimiyeviç-Drinyakoviçi, iqtisadi və regional inkişaf naziri Neboyça Çiriçi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xanım Biserka Yeftimiyeviç-Drinyakoviç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlət başçısına çatdırıb. O deyib ki, Serbiya Prezidenti Azərbaycanın Şərqi Avropa və Balkan regionunda yürütdüyü konstruktiv siyasətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirir. Serbiya Prezidentinin Bakıya və Azərbaycan Prezidentinin Belqrada səfərlərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından faydalı olduğunu deyən qonaq əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.Serbiya prezidenti Boris Tadiçlə keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında bu görüşlərin vacib rol oynadığını deyib. Prezident İlham Əliyev Azərbaycan ilə Serbiya arasında əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Dövlət başçısı iqtisadi sahədə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev Serbiya prezidenti Boris Tadiçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş edib.
URL / WWW
http://kelam.az/article/a-5951.html