Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Almaniyanın xarici işlər nazirini qəbul edib
16.03.12 15:00

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelleni qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini və yaxşı əməkdaşlığımızın mövcud olduğunu vurğulayan dövlət başçısı xarici işlər naziri Guido Vestervellenin ölkəmizə səfərinin tərəfdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Guido Vestervelle ölkəmizdə keçirdiyi görüşlər barədə prezident İlham Əliyevə məlumat verib. Diplomatik əlaqələrimizin bu il 20 ilinin tamam olduğunu vurğulayan Almaniyanın xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-5950.html