Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirini qəbul edib
15.03.12 14:24

Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Salem Xalifa Əl-Haflini qəbul edib. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, görüş zamanı nazir K.Heydərov qonağa Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin, FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb. Səfir nazirliyin fəaliyyətini yüksək qiymətləndirib, hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-5948.html