Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran prezidenti millət vəkillərinin suallarına cavab verib
15.03.12 14:24

Mahmud Əhmədinejad İran İslam İnqilabından bu yana millət vəkillərinin suallarına cavab vermək üçün parlamentə çağırılan ilk ölkə prezidenti olub. “KƏLAMİNFO” BBC-yə istinadın xəbər verir ki, 15 dəqiqə ərzində millət vəkilləri prezidentə suallarını oxuyublar. Parlament üzvlərini iqtisadiyyatın idarə olunması və prezidentin dini rəhbərlə açıq mübahisəsi maraqlandırıb. Bir saat ərzində suallara cavab verən Mahmud Əhmədinejad siyasətinin və verdiyi qərarların qanun çərçivəsində olduğunu bildirib. “Prezidentin parlamentə çağırılması mühafizəkar siyasi elita arasında parçalanmadan xəbər verir” - deyə BBC müxbiri Ceyms Reynoldsun təhlilində bildirilib. “AP” agentliyinin xəbərində isə deyilir ki, bu olay prezidentlə onu hakimiyyətə gətirən sərt xətt tərəfdarları arasında fikir ixtilafının yaşanmasını göstərir. Əhmədinejad Ayətulla Əli Xameneyinin silahdaşları ilə polemika aparıb ki, bu mübahisədə üstünlük göründüyü kimi, ali dini rəhbərin tərəfində olub. 8 hökumət üzvünün müşayiəti ilə parlament sessiyasına baş çəkən Mahmud Əhmədinejad onunla dini rəhbər arasında mübahisə yaşandığı barədə iddiaları rədd edib. Qeyd edək ki, gələn il Mahmud Əhmədinejadın prezidentlik müddəti sona çatır.
URL / WWW
http://kelam.az/article/a-5947.html