Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
13.03.12 19:50

Prezident İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Dövlət başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan prezidenti kompleksdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanıb, inşaat işləri yüksək səviyyədə aparılıb. Qeyd edilib ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait var. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir. Bildirilib ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür. Dövlət başçısının diqqətinə çatdırılıb ki, rayonun idman məktəbinin yetirmələri Cəbrayıl Həsənov və Sona Əhmədli İstanbulda sərbəst güləş üzrə keçirilən dünya çempionatında bürünc medal qazanıblar. Cəbrayıl Həsənov 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bundan başqa, Azərbaycan Şahmat Federasiyasının qərarı ilə rayonun şahmat məktəbində bir həftə ərzində 150 idmançı arasında respublika çempionatı keçirilib. 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanıb. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə “İdman ili”nə ən böyük hədiyyədir. Dövlət başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qala bilər. Prezident İlham Əliyev kompleksin açılışı mərasimində çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-5944.html