Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İsrail Türkiyədən üzr istədi
13.01.10 20:52

İsrail Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkədəki səfiri Oğuz Çelikkoldan üzr istəyib. KƏLAMİNFO Türkiyənin “Hüriyyət” qəzetinə istinadən xəbər verir ki, iki ölkə arasında yaranan qalmaqalın əsas səbəbkarı olan İsrail xarici işlər nazirinin müavini Dani Ayalon məsələ ilə bağlı açıqlama verib. O, xarici səfirləri təhqir etməyin onun ənənəsinə zidd olduğunu bildirib. D.Ayalon qeyd edib ki, gələcəkdə öz mövqeyini daha uyğun diplomatik metodlarla açıqlayacaq. Rəsmi Ankara bunu tam üzr istəmək kimi qəbul etməsə də, cavab notasında “İsrailin xarici işlər naziri Dani Ayalonun üzr istəməsindən məmnunluq duyur”, - deyə bildirib. Münasibətlərin yumşalmasında daha bir addım isə İsrail Baş nazirinin köməkçisi və müdafiə naziri Ehud Barakın bazar günü Ankaraya rəsmi səfərinin təxirə salınmamasıdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın “mən onunla görüşməyəcəm” deməsinə rəğmən E.Barak səfərini təxirə salmayıb. Qeyd edək ki, iki ölkə arasında daha bir böhran yaşanmasa, E.Barak bazar günü Ankaraya rəsmi səfər edəcək.
URL / WWW
http://kelam.az/article/a-594.html