Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İsrailin hava hücumları nəticəsində 3 fələstinli həlak olub
13.03.12 14:24

İsrailin hərbi təyyarələrinin hücumu nəticəsində 3 fələstinli həlak olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, fələstinli həkimlərin bildirdiyinə görə, ölənlər arasında 1 yaraqlı, 60 yaşlı kişi və 12 yaşlı oğlan var. İsrail ordusu isə cənub bölgələrini raket atəşinə tutan yaraqlıların hədəfə alındığını bildirir. Cümə günündən bəri İsrailin hücumları nəticəsində 18 fələstinli öldürülüb. Onların əksəriyyəti “İslam Cihadı” və “Xalq Müqaviməti” hərəkatının üzvüdür. İsrailin baş naziri Benyamin Netanyahu fələstinli yaraqlılara hücumların baha başa gələcəyini və hava zərbələrinin ehtiyac duyulandək davam etdiriləcəyini bildirib. “İslam Cihadı” qrupunun lideri Xalid Batç bildirib ki, “sionist təcavüzü” davam etdirilənədək sakitlikdən söz gedə bilməz.
URL / WWW
http://kelam.az/article/a-5939.html