Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK rayonlarda nəzarətçi müəllimlərə seminarlar keçirir
14.03.12 00:24

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə seminar-məşğələləri davam etdirir. Nəzarətçi müəllimlərin imtahan texnologiyaları haqqında məlumatlarının daha da genişləndirilməsi məqsədi ilə fevral ayının 13-dən martın 10-dək olan müddətdə Bərdə, Ağcabədi, Göygöl, Samux, Yevlax, Ağdaş, Göyçay, Mingəçevir, Masallı, Cəlilabad, Qax, Salyan, Şirvan, Oğuz və Gəncədən olan nəzarətçi-müəllimlərə seminar-məşğələlər keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.Bu rayonlarda nəzarətçilər bazasına yeni müəllimlər cəlb olunaraq təkmilləşməsi prosesi başa çatıb. Seminar məşğələlərin planına əsasən iştirakçılara əvvəlki illərdə keçirilmiş qəbul imtahanlarında nəzarətçilərin fəaliyyətləri ilə əlaqədar aparılmış təhlil əsasında hazırlanmış təlim məlumatları çatdırılıb, qəbul imtahanın texnologiyası barədə geniş məlumat verilib, nəzarətçinin imtahan günü və imtahan zalında görməli olduğu işlər mərhələli olaraq izah edilib. Hazırda (12-13 mart) Naxçıvan Muxtar Respublikasından olan nəzarətçilərlə seminarlar keçirilir. Martın 14-də və 15-də isə Quba, Qusar və Xaçmaz şəhərlərində məşğələlər aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-5938.html