Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Erməni cinayətlərinə həsr edilən Dəyirmi masa keçirilib
13.03.12 14:24

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu “Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı - 1918” mövzusunda Dəyirmi masa keçirib. Məlumatı “KƏLAMİNFO”ya AVCİYA-dan veriblər. Tədbirdə Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində assosiasiyanın gördüyü çoxcəhətli işlər barədə məlumat verib. E.Süleymanov rəhbərlik etdiyi assosiasiyanın “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə çərçivəsində bir neçə dildə kitab nəşr edərək beynəlxalq aləmdə geniş yaydığını tədbir iştirakçılarına bildirərək, bu layihə çərçivəsində onun “Şamaxı qırımızı terrorun hədəfində (30-cu illər represiyaları) ” adlı yeni kitabın bu il nəşr olunacağını qeyd edib. AVCİYA-nın nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı “XX əsr erməni cinayətləri: 1918-ci il Şamaxı soyqırımı”, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli “Azərbaycanın maddi-mədəniyyət abidələrinə qarşı erməni vandalizmi”, AMEA şöbə müdiri, professor Qasım Hacıyev “Azərbaycanlıların genosid tarixinin aktual problemləri” mövzularında məruzələr ilə çıxış ediblər. Məruzələrdə Şamaxı soyqırımının qısa fasilələrlə üç mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyi qeyd olunub. Tədbirdə Türkiyə, Rusiya, Rumıniya və Belorusun Azərbaycandakı səfirliyinin nümayəndələri, ziyalılar, KİV və QHT nümayəndələri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-5937.html