Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elnur Aslanov: “Qurultay xaricdə yaşayan azərbaycanlı gənclər üçün yeni perspektivlər açır”
14.03.12 00:21

“Gənclərin vahid qurum şəkilində fəaliyyəti gələcəkdə Azərbaycan diasporunun güclənməsinə, həqiqətlərimizin dünya birliyinə, əsasən də Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrə məlumatların çatdırılmasına imkan verəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib. O qeyd edib ki, qurultayın keçirilməsi Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb olunması istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür. “Tədbir xaricdə yaşayan azərbaycanlı gənclər üçün yeni perspektivlər açır. Azərbaycanın sosial iqtisadi çəkisi artdıqca müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələri də daha fəal fəaliyyət göstərə bilirlər” - deyə E.Aslanov vurğulayıb. Qeyd edək ki, Bakıda bazar ertəsi Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir.
URL / WWW
http://kelam.az/article/a-5936.html