Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Azərbaycan gəncliyi sözün həqiqi mənasında ciddi amilə çevrilə bilib”
14.03.12 00:21

“Bu gün Azərbaycan gəncliyi həm ölkənin daxilində, həm də qlobal dünyada sözün həqiqi mənasında ciddi bir amilə çevrilə bilib”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O, buna misal kimi son zamanlar Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində həyata keçirilən geniş aksiyaları diqqətə çatdırıb. Ə.Həsənov qeyd edib ki, Azərbaycanın müstəqilliyin ilk illərində nə gənclik dövlət üçün xidmət edirdi, nə dövlət gəncliklə məşğul olurdu. “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda gənclərlə bağlı siyasəti formalaşdırdı. Artıq XXI əsrdə Azərbaycan dövlətinin əsas ağırlıqlarına, bütün qayğılarını öz çiyinləri üzərində yaşatmağa layiq gənclik formalaşıb. İntellekti, milli vətənpərvərlik hissləri, bacarıqları, fəallıqları ilə Azərbaycan dövlətini, millətini layiqincə təmsil etmək qabiliyyətində olan gənclər formalaşıb” - deyə Ə.Həsənov vurğulayıb. O bildirib ki, gələcəkdə diaspor təşkilatlarının sıralarında cəmlənən Azərbaycan gənclərini Rusiya, Ukrayna parlamentlərində, nüfuzlu ictimai şuralarda görəcəyik və buna doğru yol gedilir.
URL / WWW
http://kelam.az/article/a-5935.html