Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Prezidentin Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayına təbrik məktubu oxunub
13.03.12 14:21

Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında Rəyasət Heyəti formalaşıb. “KƏLAMİNFO” xəbər verir ki, Rəyasət Heyətinə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, PA-nın digər şöbə müdiri Elnur Aslanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və gənclər və idman naziri Azad Rəhimov daxildir. Qurultayda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin təsis qurultayına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda bildirilir ki, Azərbaycanın gələcəyi gənclərin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. “Gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. İnanıram ki, bu mötəbər tədbirin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaq” - deyə ölkə başçısının məktubunda vurğulanır. Tədbirdə Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov da çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-5934.html