Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyə baş nazirinin müavini Azərbaycana səfərə gəlir
13.03.12 14:21

Sabah Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. “KƏLAMİNFO” xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, İstanbul Universitetinin prorektoru Əhməd Cavad Acar, “Türk Ocaqları” İstanbul şöbəsinin başqanı Cezmi Bayram, həmçinin digər ziyalılar və qardaş ölkənin tanınmış media təmsilçiləri daxildir. Səfər çərçivəsində nümayəndə heyəti Bakıda “Türk Ocaqlarının 100 illiyi: Türk dünyasının dünəni, bu günü, sabahı” adlı konfransda iştirak edəcək. Konfrans martın 13-dən 16-dək Atatürk Mərkəzində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Qafqaz Universiteti və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə keçiriləcək. Qeyd edək ki, bu il Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən ən böyük ictimai təsisatlardan olan “Türk Ocaqları” Dərnəyinin yaranmasının 100 ili tamam olur. Nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər də keçirməyi planlaşdırır.
URL / WWW
http://kelam.az/article/a-5932.html