Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Turizm İnstitutu ilə Almaniyanın GİZ təşkilatı əməkdaşlıq edəcək
09.03.12 20:53

Azərbaycan Turizm İnstitutunda (ATİ) Almaniyanın GİZ cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə institutun rektoru Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ş.Əhmədova iştirak ediblər. C.Cəfərov qonaqlara institutun 6 illik fəaliyyəti və strateji məqsədləri haqqında məlumat verib. Azərbaycana qısa müddətli səfərə gələn Almaniyanın GİZ cəmiyyətinin əmək bazarı, özəl sektorun inkişafı və peşə təlimlərinin təşkili üzrə eksperti Evald Qold ölkəmizə, o cümlədən ATİ-yə gəlişinin məqsədini açıqlayıb. Bildirib ki, 2012-ci ildən GİZ cəmiyyətinin fəaliyyətində peşə təhsili ilə bağlı yeniliklər öz əksini tapıb. ATİ-nin nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasına rəğmən, Azərbaycanda, xüsusilə ölkənin səciyyəvi regionlarında bu sahə üzrə tələbat dinamikasını şərtləndirən məlumatlar toplamaq niyyətindədir. Görüşdə ATİ və GİZ arasında mümkün əməkdaşlıq yolları başlıca müzakirə predmeti olub.
URL / WWW
http://kelam.az/article/a-5929.html