Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: Xarici işlər nazirlərinin görüşünün Tehran üçün heç bir faydası olmayacaq
09.03.12 20:53

“İndi İran ətrafında halqa o qədər daralır ki, çətin İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünün nəticəsi Tehrana müsbət nə isə versin”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O, qeyd edib ki, əvvəllər də keçirilən belə görüşlərin uğursuz nəticələri göstərir ki, Tehranın bu kimi cəhdləri əbəsdir. “Hətta bu görüşlər İran-Türkiyə arasındakı münasibətləri də müəyyən gərginlikdən xilas etməyib. Doğrudur, son görüşdə yenə müəyyən bəyanatlar verildi, açıqlamalar səsləndirildi. Amma görürük ki, İran ətrafında halqa daralmaqda davam edir. Hətta İranın da müəyyən mənada Azərbaycan və Türkiyəyə aqressiyası artır ki, azalmır. Bunu ikitərəfli münasibətlərdə də görmək mümkündür. Ona görə düşünmürəm ki, xarici işlər nazirlərinin görüşü indiki situasiyaya ciddi dəyişiklik edə bilsin. Bunun İranın indiki vəziyyəti üçün heç bir faydası olmayacaq”-deyə R.Ağayev vurğulayıb. Ekspert deyib ki, bu kimi görüşlər İranın son ümididir. “Tehran onsuzda düşdüyü halqadan çıxa bilməyəcəyini görür, lakin barışmaq istəmir”-deyə o əlavə edib. Qeyd edək ki, martın 7-də Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri görüş keçirilib.
URL / WWW
http://kelam.az/article/a-5927.html