Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azad Qarabağ Uğrunda Alyans təsis olunub
09.03.12 20:52

Beynəlxalq Mətbuat Mərkəzində Azad Qarabağ Uğrunda Alyansın (AQA) təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, yeni Alyansın sədri Akif Nağı bildirib ki, sözügedən təşkilata üzvlük üçün ölkədə fəaliyyət göstərən 21 təşkilat və ekspertə müraciət olunub, lakin AQA-nın martın 6-da keçirilən təsis yığıncağında 13 təşkilat və 3 ekspert iştirak etdiyindən hələ ki, Alyansa üzv olaraq onlar seçiliblər. Sədr Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çoxlu sayda təşkilatların fəaliyyət göstərdiyini vurğulayaraq, onları da AQA-nın üzvü olmağa səsləyib. “Alyans torpaqlarımızın erməni işğalından hərbi yolla azad edilməsinə tərəfdar olan ictimai təşkilatlar və fərdi şəxslər tərəfindən yaradılır. Alyans bütün təşkilatlarla işğalçı tərəfin nümayəndələri ilə “xalq diplomatiyası”nın yolverilməzliyi, beynəlxalq vasitəçilik missiyası və mənasız danışıqlar prosesinin zərərliyi, erməni işğalının nəticələrinin aradan qaldırılması üçün hərbi yolun səmərəliliyi, Qarabağ məsələsinin həllinin təxirəsalınmazlığı prinsiplər əsasında yaradılıb. Alyans bu prinsiplər əsasında cəmiyyətdə müharibə əhval-ruhiyyəsinin gücləndirilməsinə və işğalçı Ermənistana qarşı hərbi əməliyyatların mümkün qədər tez başlanmasına nail olmağa çalışır”-deyə Akif Nağı bildirib.
URL / WWW
http://kelam.az/article/a-5925.html