Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama İranla müharibə çağırışlarını tənqid edir
08.03.12 02:02

ABŞ prezidenti Barak Obama prezidentliyə respublikaçı namizədləri “boş danışmaqda” günahlandırıb. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, keçən il noyabr ayından sonra Ağ Evdə ilk mətbuat konfransı keçirən prezident respublikaçı rəqiblərinin İranla hərbi müdaxiləyə çağırmasını tənqid edib. ABŞ prezidentliyinə bəzi respublikaçı namizədlər xəbərdarlıq edib ki, Obamanın yenidən seçilməsi İranın nüvə silahları istehsal etməsini təmin edəcək. Obama ABŞ-ın İranla bağlı siyasətini müdafiə edərək, Tehranın presedenti olmayan sanksiyalarla qarşılaşdığını və İran hökumətinin təcrid edildiyini deyib. Lakin o, ABŞ və İsrail kəşfiyyatının İranla gərginliyin diplomatik yolla həll edilə biləcəyinə inandığını da xüsusi vurğulayıb. Bu gün habelə BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya İranla dalana dirənmiş danışıqlara yenidən başlamaq haqda təkliflə çıxış edib. Lakin ABŞ prezidenti deyib ki, o, ilk danışıqlarda ciddi nəticə əldə ediləcəyinə inanmır və qeyd edib ki, beynəlxalq ictimaiyyət İranın danışıqlara nə dərəcədə ciddi yanaşdığı haqda tez bir zamanda təsəvvür əldə edəcək.
URL / WWW
http://kelam.az/article/a-5924.html