Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə: “Ən çox səhvlər “Tarix” və “Biologiya” dərsliklərindədir”
07.03.12 20:02

“Dərsliklərdə olan səhvlər müxtəlifdir. Amma onların çoxuna rus bölməsi üzrə dərsliklərdə rast gəlinir. Çünki Azərbaycan dilində olan mövcud səhvlərə tərcümənin səhvləri də əlavə edilir. Ümumilikdə fənlər üzrə səhvlərə nəzər saldıqda daha çox “Tarix” və “Biologiya” dərsliklərində səhvlər qeydə alınıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. “Səhvlər “Abituriyent” jurnalının I sayında dərc edilib. Bu səhvləri göstərməkdə məqsədimiz kiminsə səhvlərini üzə çıxarmaq deyil. Sadəcə biz istəyirik ki, abituriyentlər imtahana gələndə dərsliklərdə olan səhvlərə görə imtahanda səhv etməsinlər”- deyə M.Abbaszadə bildirib.
URL / WWW
http://kelam.az/article/a-5921.html