Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision” sınaq və qəbul imtahanlarının vaxtına təsir edəcək
07.03.12 20:02

Bu ilin may ayının müəyyən günlərində Bakıda keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsi zamanı paytaxtda sınaq və qəbul imtahanları keçirilməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, belə bir fikirlə TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. “Elə ediləcək ki, müsabiqənin keçiriləcəyi günlərdə imtahan olmasın. Çünki hazırda Bakı şəhərinin bir yerindən başqa yerinə nə qədər müddətə gedib çatmağı müəyyən eləmək çətindir. Ona görə də kütləvi tədbirlər olan günləri biz imtahan keçirməyi istəməzdik” - deyə M.Abbaszadə vurğulayıb. Həmin günlərdə sınaq imtahanlarının yalnız regionlarda keçiriləcəyini bildirən komissiya sədri bildirib ki, imtahan cədvəlləri martın 10-dan sonra təsdiqlənəcək. Sınaq imtahanları aprel ayından keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-5919.html