Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Deputat: Azərbaycanla Gürcüstan arasında əlaqələr bütün səviyyələrdə intensivləşməlidir
07.03.12 20:02

“Hesab edirəm ki, regionda heç bir qüvvə, heç bir situasiya Azərbaycan-Gürcüstan müttəfiqliyini poza bilməz. Hər iki dövlətin başçıları da bunu yüksək qiymətləndirir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında millət vəkili, ekspert Musa Qasımlı bildirib. O qeyd edib ki, Qafqazda iki bir-birinə ən yaxın dövlətlər varsa bu da Azərbaycan və Gürcüstandır, tarixi və coğrafi amillər də bunu sübut edir. “Bu baxımdan hər iki dövlətin başçılarının bir-biri ilə mütəmadi görüşünə böyük ehtiyac var. Biz coğrafi və tarixi amilləri bölüşdüyümüz kimi hazırda yürütdüyümüz siyasəti də bölüşməliyik. Hesab edirəm prezidentlər arasındakı görüşlər zamanı birgə həyata keçirilən layihələr, regionda gedən geosiyasi proseslərin ölkələrimizə təsiri, ikitərəfli və beynəlxalq münasibətlərin daha da artırılması məsələləri müzakirə olunmalıdır”-deyə M.Qasımlı vurğulayıb. Ekspert deyib ki, Gürcüstanda yarım milyona qədər azərbaycanlının öz dədə-baba yurdunda yaşadığını nəzərə alsaq, Azərbaycanla Gürcüstan arasındakı əlaqələr tək prezidentlər səviyyəsində deyil, bütün səviyyələrdə intensivləşməlidir. “Biz regionda güclü dövlət olduğumuz üçün bu amili heç vaxt nəzərdə qaçırmamalıyıq”-deyə o əlavə edib. Qeyd edək ki, Gürcüstan prezidenti Mixeil Saakaşvili ötən gündən Bakıda səfərdədir.
URL / WWW
http://kelam.az/article/a-5918.html