Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Tatarıstanın baş nazirini qəbul edib
06.03.12 15:47

Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Tatarıstan Respublikasının baş naziri İldar Xalikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Tatarıstanın baş naziri İldar Xalikovu və bütün Rusiya xalqını prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. Azərbaycan ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Tatarıstan Respublikası arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Münasibətlərimizin möhkəmlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı Tatarıstan baş nazirinin ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Tatarıstanın hökumət strukturlarını, biznes, maliyyə və bank sektorunu təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən baş nazir İldar Xalikov əməkdaşlığımızı genişləndirilməyin önəmini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5912.html