Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ötən ilin poçt markalarının mövzuları açıqlanıb
05.03.12 14:36

2011-ci ildə poçt markalarının əsas mövzuları açıqlanıb. “KƏLAMİNFO” “İCTnews”ə istinadən xəbər verir ki, bunlar “Rabitə Bakı” voleybol klubu - FİVB klublararası dünya çempionu”, “Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyi”, “Abbas Zamanovun 100 illiyinə həsr olunmuş marka”, “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyi 2012/2013” olub. Bundan başqa, keçən il markalar “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü”, “Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 20 illiyi”, “Rabitə sahəsində Regional Əməkdaşlıq təşkilatının yaradılmasının 20 illiyi”, “Nizami Gəncəvinin 870 illiyi” kimi mövzulara həsr olunub. 2011-ci ildə “Gömrük Muzeyinin xəzinəsi”, “Azərbaycan Respublikasının Ordenləri”, “Eurovision-2011”, “Azərbaycan Respublikasının Avropa Şurasına qoşulmasının 10 illiyi” adı ilə markalar da dövriyyəyə buraxılıb. Ötən ilin “Tematik planı”nda “İnsanın kosmosa ilk uçuşunun 50 illiyi”, “Qarabağ atları”, “İtlər”, “İlanyeyən”, “Payızgülü”, “Avropa 2011. Meşələr. Buklet” kimi mövzular da üstünlük təşkil edib.Azərbaycanda poçt markalarına tələbat gündən-günə yüksəlir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkətinin baş redaktoru Riad Ələkbərov bildirir ki, buna səbəb respublikadan göndərilən və yazılan məktubların sayının hər gün artmasıdır. R.Ələkbərov qeyd edir ki, “Azərmarka” şirkətinin dövriyyəyə buraxdığı markalar əsasən poçt üçün nəzərdə tutulur: “Bizdə Filateliya köşkü var. Filatelistlər bunu ayrı alırlar. Amma markaların əsas istiqaməti poçt üçündür. Bu markalar həmişə məktublarda istifadə olunur və elə bu məqsədlə də buraxılır. Hazırda respublika daxilində, eləcə də ölkədən kənarda markalara tələbat daim artır”. Qeyd edək ki, Azərbaycan suveren dövlət kimi ilk dəfə olaraq poçt markalarını 1919-cu ilin oktyabr ayında buraxmağa başlayıb. Bu dövr 4 bədii rəsmlə işlənmiş 10 bədii marka ilə təmsil olunur. Markaların üzərində insan əməyindən və fəaliyyətindən bəhs edən süjetlər, memarlıq abidələri kimi təsvirlər yer alıb.
URL / WWW
http://kelam.az/article/a-5909.html