Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Beynəlxalq Prokurorlar Assosiasiyasının məsul əməkdaşı Bakıda işgüzar səfərdə olub
02.03.12 14:36

Beynəlxalq Prokurorlar Assosiasiyasının məsul əməkdaşı xanım Yanne Holst Hübner 27 fevral - 01 mart 2012-ci il tarixlərində Bakıda işgüzar səfərdə olub. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində xanım Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirib. Həmin görüşlər zamanı ölkəmizin bu nüfuzlu təşkilata daha sıx inteqrasiyası, eləcə də prokurorluqlar arasındakı əməkdaşlığa əhəmiyyətli töhfəsi xüsusi qiymətləndirilib. Assosiasiyanın materiallarının BMT-nin rəsmi dillərindən olan rus dilində yayımlanması üçün Azərbaycan Prokurorluğu tərəfindən görülən işlərə yüksək dəyər verilib.Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi kimi mühüm sahələrdə Beynəlxalq Prokurorlar Assosiasiyasının rolunun gücləndirilməsi, bu istiqamətdə daha fəallıq göstərilməsinin zəruriliyi xüsusi vurğulanıb, eyni zamanda beynəlxalq səviyyədə prokurorlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi, bunun üçün lazımi virtual şəraitin təşkil olunmasına dair müzakirələr öz səmərəli nəticələrini verib. Belə ki, BPA-ya üzv olan prokurorluq əməkdaşları birbaşa həmin beynəlxalq təşkilatın internet səhifələrinə daxil olmaq və internet resurslarından bəhrələnmək imkanlarını əldə ediblər. Xanım Hübnerin səfəri zamanı 70-dən artıq prokurorluq əməkdaşı Beynəlxalq Prokurorlar Assosiasiyasına fəxri üzv qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-5907.html