Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan nümayəndə heyəti ABŞ-da görüşlər keçirib
03.03.12 14:36

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Türkiyə-Azərbaycan nümayəndə heyəti fevralın 28-də ABŞ-ın Arkanzas ştatının Senat və Nümayəndələr Palatasında, eləcə də digər dövlət orqanlarında bir sıra mühüm görüşlər keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, görüşlərdə Azərbaycan tərəfindən Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva, ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın ABŞ-dakı səfirinin müşaviri Nəsimi Ağayev iştirak edib. Azərbaycan nümayəndə heyətinin Arkanzas ştatının qubernatoru, senatorları və Nümayəndələr Palatası üzvləri ilə keçirilən görüşlərində Azərbaycanla ABŞ arasında ötən dövrdə yaranan strateji əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər müzakirə edilib. Görüşlərdə çıxış edən Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva Azərbaycanla ABŞ arasında tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildiriblər. Öz növbəsində Arkanzas ştatının senatoru Coys Elliot ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5906.html