Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ermənistan deputatları Bakıya dəvət edilib
29.02.12 14:01

Ermənistan deputatları aprelin 2-4 tarixlərində Bakıda keçiriləcək “Avronest” PA-nın sessiyasında iştirak etmək üçün dəvət edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib. O qeyd edib ki, erməni deputatlara onların Bakıda təhlükəsizliyi barədə təminat da verilib. “Baxmayaraq ki, biz bu yaxınlarda “Avronest”in İrəvanda keçirilən iclasında bunun şahidi olmadıq” - deyə A.Quliyev vurğulayıb. O, İrəvanda onları heç kimin qarşılamadığını bildirib. “Əslində, bizə deyilmişdi ki, sizi xüsusi xidmət orqanlarının əməkdaşları qarşılayacaq. Amma bizi heç kəs qarşılamadı. Axırda özümüz bir hərbçiyə yaxınlaşıb Azərbaycandan gəldiyimizi bildirdik. O, təəccübləndi, harasa zəng vurdu. Gəlib bizi bir təcridxanaya apardılar. Sonrakı iki gündə isə bizim təhlükəsizliyimiz yüksək səviyyədə təmin olundu. Qaldığımız otelin nömrəsinin qarşısında 24 saat mühafizəçi var idi. Qayıdanda bizi VİP-dən yola saldılar” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5902.html