Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan nümayəndə heyəti Antikorrupsiya Şəbəkəsinin iclasında iştirak edib
29.02.12 14:05

Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və İdarənin böyük prokuroru Elnur Musayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin növbəti monitorinq iclasında iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclas Şəbəkənin İstanbul Fəaliyyət Planı çərçivəsində reallaşıb. İclasın əsas sessiyasında OECD-nin Azərbaycan Respublikası üzrə milli koordinatoru Kamran Əliyev hesabatla çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizin siyasi rəhbərliyi tərəfindən həyata keçirilən qanunvericilik və institusional tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış cinayət təqibi barədə ətraflı məlumat verib.Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən ingilis dilində hazırlanan "Azərbaycanda hüquq-mühafizə üsulları ilə korrupsiyaya qarşı mübarizə" adlı kitabın təqdimatı keçirilib. Həmin vəsait iştirakçı dövlətlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının nümayəndələrinin böyük marağına səbəb olub. Tədbirin son sessiyasında İstanbul Fəaliyyət Planının (İFP) 2012-ci il, habelə 2013-2015-ci illər üçün fəaliyyət proqramı müzakirə edilərək üzv ölkələr tərəfindən bəyənilib.
URL / WWW
http://kelam.az/article/a-5901.html