Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rəbiyyət Aslanova: “Azərbaycanda işgəncə faktı qeydə alınmayıb”
29.02.12 14:01

ATƏT-in Parlament Assambleyasının Monakoda keçiriləcək növbəti illik yay sessiyasında Azərbaycanın qarışıq nikahlardan doğulmuş uşaqların bir ölkədən digər ölkəyə köçürülməsi ilə bağlı beynəlxalq konvensiyaya qoşulması müzakirə olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O qeyd edib ki, ATƏT PA-nın Vyanada keçirilən 11-ci qış sessiyası çərçivəsində Demokratiya və insan haqları komitəsinin iclasında konvensiyanın müddəaları müzakirə olunub. Onun sözlərinə görə, komitə iclası çərçivəsində əsas məsələ bir sıra ölkələrdə siyasi məhbuslar məsələsi olub və Azərbaycanla bağlı hər hansı məsələ qaldırılmayıb. “İclasda ATƏT məkanında ayrı-ayrı dövlətlərdə işgəncələrlə əlaqədar olaraq səsləndirilən məruzədə statistik göstəricilər təqdim olunub. Məruzədə qeyd olunur ki, Azərbaycanda məhkəmə və hüquqi islahatların aparılması nəticəsində işgəncə faktı qeydə alınmayıb” - deyə R.Aslanova vurğulayıb. Millət vəkili, həmçinin deyib ki, iclasda qaldırılan milli azlıqların hüquqlarını qorunması ilə bağlı məsələdə Azərbaycanda bu sahədə milli azlıqların konstitusion hüquqlarının qorunduğu vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-5900.html