Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sevil Yusifova: “Türkiyədə Xocalı soyqırımı ilə bağlı çox dəyərli materiallar var”
01.03.12 00:05

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) rəhbəri Sevil Yusifova Xocalı soyqırımı ilə bağlı Türkiyədə keçirilən tədbirlərə qatılıb. Bu barədə “KƏLAMİNFO”ya S.Yusifovanın özü məlumat verib. Hələ də Ankarada olan AJQA rəhbərinin sözlərinə görə, “Türk Ocaqları” təşkilatı tərəfindən dəvətli olduğu “Türk dünyasına yapılan soyqırımıları: Xocalı” konfransında çıxış edib: “Aydınlar şəhərində keçirilən konfransdan sonra regional radioda çıxış edərək insanları maraqlandıran məsələlərlə bağlı məlumat verdik. Dünən isə Qazi və Ankara universitetlərində Xocalı soyqırımı ilə bağlı Ankara bələdiyyəsinin, həmin universitetlərin və Türkiyədəki azərbaycanlı gənclərin təşkilatçılığı ilə simpoziumlar keçirildi. Fevralın 27 və 28-də bu məsələyə diqqət ayrılması bir daha sübut etdi ki, qardaş Türkiyədə həssas münasibət var Xocalı soyqırımına. Maraqlıdır ki, onlarda hətta bizim özümüzdə olmayan araşdırma materialları var. Bildirdilər ki, bu materiallar kitab halında dərc edilərək yayılacaq”. S.Yusifovanın sözlərinə görə, sabah Türk Ocaqları Qadın Klubu və Gənclər Təşkilatı ilə görüş olacaq. Görüşdə Xocalı soyqırımı və media mövzusunda müzakirələr aparılacaq: “Türk Ocaqları” təşkilatında Azərbaycanın filologiya elmləri namizədi Sona Vəliyevanın təşəbbüsü ilə dərc edilən “Mübariz yol” kitabını da təqdim edəcəyik. Məqsədimiz guya Azərbaycan gənclərində vətənpərvərlik ruhunun ölməsi ilə bağlı olan rəyləri aradan qaldırmaqdır”.
URL / WWW
http://kelam.az/article/a-5899.html