Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına həsr olunan konfransda iştirak edib
29.02.12 14:04

Bu gün “Bakı Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Mərkəzdə Dövlət Proqramın üçüncü ilinin yekunları ilə bağlı təqdimat olub. Təqdimatda ölkəmizin son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar əksini tapıb. Prezident İlham Əliyev konfransda giriş və yekun nitqi söyləyib. Konfransda, həmçinin iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “ATENA” süd zavodu və heyvandarlıq kompleksi idarə heyətinin sədri Elşad Rəsulov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev, “AzMDF” zavodunun direktor müavini Vüqar Əliyev, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “Naxçıvan” avtomobil zavodunun icraçı direktoru Polad Sadıxov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış ediblər. Konfransda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışılıb.
URL / WWW
http://kelam.az/article/a-5897.html