Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Oskar”ın mükafat rekordçusu “Artist” filmi olub
28.02.12 15:24

Dünən dünyanın ən nüfuzlu mükafatı olan “Oskar” sahiblərinə təqdim edilib. 84-cü “Oskar” mərasimi ABŞ-ın Los-Anceles şəhərində Kodak Teatrında keçirilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bir çox telekanalda canlı yayımlanan gecə ənənəvi olaraq Qırmızı Xalça mərasimi ilə başlayıb. Corc Kluni, Bred Pitt, Ancelina Coli, Jan Duyardin, Natali Portman, Qlenn Close, Mişel Uilyams, Qlenn Kloz kimi bir çox ulduzun qatıldığı mərasimin aparıcısı məşhur komediya aktyoru Bill Kristal olub. Gecədə ilin mükafat rekordçusu “Artist” filmi olub. Belə ki, “Artist” "Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı aktyor" daxil olmaqla 5 nominasiyada “Oskar” mükafat alıb. “Hüqo” filmi texniki nominasiyalara görə 5 “Oskar” qazanıb. “Ən yaxşı aktrisa” mükafatını 2 dəfə qızıl heykəli evinə aparan Meril Strip alıb. İranda səs-küyə səbəb olan “Bir ayrılıq” filmi "Ən yaxşı xarici film" nominasiyası üzrə mükafat qazanıb.
URL / WWW
http://kelam.az/article/a-5896.html