Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hadı Rəcəbli: “Bu gün cinayət törədənlərin böyük əksəriyyəti gənclərdir”
28.02.12 15:24

“Əgər gənclərin asudə vaxtının təmin olunmasına və psixoloji adaptasiyası məsələlərinə geniş yer ayrılarsa onlar arasında cinayət hallarının sayı azalar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O, qeyd edib ki, bütövlükdə gənclərin cəmiyyətdə asudə vaxtının təşkili, onların zərərli vərdişlərdən uzaq olması üçün müvafiq işlər görülməlidir. O, qeyd edib ki, bu istiqamətlər üzrə işlər yaxşı aparılarsa, əlbəttə gənclər arasında cinayət faktlarının azalmasına nail olmaq olar. “Bu gün cinayət törədənlərin böyük əksəriyyəti gənclərdir. İlk əvvəl bu kontingent tam olaraq işlə təmin olunmalıdır”-deyə H.Rəcəbli vurğulayıb. Onun fikrincə, bu sahədə QHT və bələdiyyələrin fəaliyyəti genişləndirilməlidir. “Əlbəttə ki, hazırda Gənclər və İdman Nazirliyində bu istiqamətdə müvafiq işlər görülür” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5893.html