Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Əhmədov Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb
28.02.12 15:24

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakar ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya YAP-dan veriblər. Görüşdə Pakistan ilə Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz, eləcə də Yeni Azərbaycan Partiyası ilə Pakistan Xalq Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib. Əli Əhmədov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib, Pakistan Senatının erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımını tanıdığı üçün minnətdarlıq edib.
URL / WWW
http://kelam.az/article/a-5892.html