Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlu: “Zalımla məzlumu tərəzinin eyni gözünə qoya bilmərik”
25.02.12 02:49

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriyadakı zülmə qarşı ən güclü səsi Tunisdən yüksəldəcəklərini deyib. “KƏLAMİNFO” “Hurriyyət”ə istinadən xəbər verir ki, Londondakı Beynəlxalq Somali Konfransında iştirak edən Davudoğlu keçirdiyi mətbuat konfransında həm Somali, həm də Suriya mövzusuna toxunub. Somali konfransında bu ölkə üçün Türkiyənin atdığı addımlardan və Ankaranın konstruktiv töhfələrindən hörmətlə bəhs edildiyini deyən Davudoğlu Somalidə 5 ayda Türkiyə tərəfindən hardasa bir dastan yazıldığını söyləyib. İyun ayında BMT-nin Somali zirvəsinin keçiriləcəyini söyləyən Davudoğlu burada Somalinin gələcəyini müəyyənləşdirəcək yol xəritəsinin ortaya qoyulacağını vurğulayıb.Suriya ilə bağlı açıqlamalarında isə Davudoğlu Tunisdə keçiriləcək toplantının hədəfinin beynəlxalq birliyin Suriyadakı son proseslər və artan ölümlər qarşısında daha güclü mövqe nümayiş etdirməsi olduğunu söyləyib. Toplantının Tunisdə keçirilməsini istəyən tərəfin Türkiyə olduğunu bildirən Davudoğlu "Çünki Tunis bütün bu haqlı tələblərin başladığı, azadlıq məşəlinin ilk yandığı ölkədir" deyib. Nazir Xumsdakı vəziyyətin ortada olduğunu və Sarayevodan fərqinin qalmadığını bildirib: "Bu mərhələdən sonra zalımla məzlumu tərəzinin eyni gözünə qoya bilmərik". Davudoğlu "Suriyanın Dostları" konfransının ikincisinə Türkiyənin ev sahibliyi etməsinə dair ümumi razılıq əldə edildiyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-5888.html