Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: Baş vermiş cinayətlərin təşkilatçıları öz layiqli cəzasını tapacaqlar
24.02.12 20:49

Bu gün Milli Məclisin Xocalı soyqırımı ilə bağlı xüsusi iclası öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda spiker Oqtay Əsədov bildirib ki, ötən əsrin əvvəllərindən bəri ermənilər tərəfindən 2 milyona yaxın azərbaycanlı qətlə yetirilib. O qeyd edib ki, qədim azərbaycanlılar öz torpaqlarında ermənilər tərəfindən fiziki və mənəvi təcavüzə məruz qalıblar. “1949-51-ci illərdə yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiyaya məruz qalıb. 1988-89-cu ildə isə 1 milyondan çox azərbaycanlı deportasiya olunub. Bundan sonra Ermənistanın Azərbaycan torpaqlarını işğalı başlayıb. Bu işğallar ərzində ermənilərin törətdiyi ən dəhşətli faciə Xocalı soyqırımı olub. Lakin Xocalıya qədər də, sonra da bir sıra yaşayış məntəqələrində azərbaycanlılar məhvə məruz qalıblar”-deyə O.Əsədov vurğulayıb. O, bildirib ki, Xocalı faciəsi ilə bağlı ilk hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Spiker deyib ki, ermənilərin törətdiyi işğal ermənilərin özlərinə də qarşı pis nəticə verməlidir.” Ermənistan bundan nəticə çıxarmalıdır. Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, baş vermiş cinayətlərin təşkilatçıları öz layiqli cəzasını tapacaqlar”-deyə o, əlavə edib. Qeyd edək ki, iclasda əvvəl Milli Məclisin foyesində Xocalı soyqırımı ilə bağlı stendlər də nümayiş olunub.
URL / WWW
http://kelam.az/article/a-5886.html