Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan uşaqları Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
25.02.12 02:49

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunda yaradılan Əlaqələndirmə Şurasının üzvləri Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Bir gecənin faciəsi” abidəsini ziyarət etdikdən sonra Beynəlxalq Mətbuat Mərkəzində toplaşıblar. Komitə sədrinin müavini Aynur Sofiyeva bildirib ki, fəxr edirik ki, bizim uşaqlar doğrudan da bizi layiqincə təmsil etməyə hazırdırlar: “Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunda yaradılan Əlaqələndirmə Şurasının üzvləri Azərbaycan üzrə böyük bir aksiya keçirərək 397560 imza toplayıb. Bu toplanan imzaları təxminən 30-a yaxın beynəlxalq təşkilatlara, həmçinin sosial şəbəkələrdə müxtəlif ölkələrdən olan dostlarına Xocalı soyqırımı ilə bağlı müəyyən məlumatları ötürməklə aksiyanı tamamlayacaqlar”. Qeyd edək ki, Azərbaycan uşaqları adında Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunun nümayəndələri tərəfindən Xocalı soyqırımı ilə bağlı ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat verilib. Bəyanatda bildirilir: “Biz Azərbaycan uşaqları inanırıq ki, Ermənistan silahlı qüvvələrinin qanlı əməllərinə, erməni vandalizminə, o cümlədən mülki əhalini qəddarcasına və qeyri-insani şəkildə məhv etmə siyasəti həyata keçirən işğalçı Ermənistanın bu hərəkətlərinə beynəlxalq ictimaiyyət və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən obyektiv hüquqi qiymət veriləcək, törədilmiş faciənin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması istiqamətində əsaslı tədbirlər görüləcək”.
URL / WWW
http://kelam.az/article/a-5884.html