Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Latviyanın xarici işlər nazirini qəbul edib
25.02.12 02:46

Prezident İlham Əliyev bu gün Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xarici işlər naziri Edqars Rinkeviçs Latviya prezidenti Andris Berzinşin və keçmiş prezident Valdis Zatlersin salamlarını dövlət başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olunub, Xəzəryanı dövlətlərlə Baltik dənizi ölkələri arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Latviya prezidenti Andris Berzinşin və keçmiş prezident Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviyanın dövlət başçısına və keçmiş prezident Valdis Zatlersə çatdırmağı xahiş edib.
URL / WWW
http://kelam.az/article/a-5883.html