Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hacı Allahşükür Paşazadə: “Yaxşı olardı ki, şəhidlərin əşyalarından ibarət xatirə guşəsi yaradılsın”
24.02.12 03:20

“Yaxşı olardı ki, Bakıda istər 20 Yanvar şəhidləri, istərsə də Qarabağ şəhidlərinin əşyalarından ibarət xatirə guşəsi yaradılsın”. “Azadinform” xəbər verir ki, bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, dünya ölkələrinin tarixlərində buna nümunələr olub. “O dövrü görməyən indiki gənclərimiz və gələcək nəsillərimiz bu guşəyə gələrək torpaqlarımız uğrunda ölən şəhidlərimizi və onların rəşadətlərini canlı yad edərlər. Hətta elə şəhidlərimiz var ki, onların heç cəsədləri dəfn eləmək üçün ya tapılmayıb, ya da tikə-tikə olduğundan toplamaq mümkün olmayıb. Amma onların təbii ki, yadigar qalan hansısa əşyaları var və onların iri bir guşədə toplamaq yaxşı olardı. Bizim gələcək nəslin belə rəmzi mərkəzə ehtiyacı var” - deyə Şeyxülislam vurğulayıb. QMİ sədri onu da deyib ki, elə şəhidlərimiz var ki, onların qanlı paltarlarından, hansısa əşyalarından, yaxud çəkilən şəkillərindən bu gün ermənilər öz adlarına çıxıb adını “Sumqayıt qırğını” qoyaraq bizə qarşı istifadə edirlər. O, buna misal kimi şəhid olan öz qohumlarının başına gələn eyni hadisəni danışıb. “Buna görə də biz şəhidlərimizin cəsədləri ilə bərabər, onlardan yadigar qalan hər bir şeyə sahib çıxmalıyıq” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5882.html