Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Semyon İxiilov: “Gec-tez dünya kimin haqlı, kimin nahaq olduğunu başa düşəcək”
23.02.12 20:20

“Xocalıda və Qarabağın digər bölgələrində baş verən hadisələr Azərbaycan xalqının mənəvi özünütanımasına səbəb oldu”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən konfransda Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşenin bildirib. “Biz bu hadisələr zamanı vahid xalq olduq. Lakin bu özünüdərk çox baha başa gəldi” - deyə o vurğulayıb. Yepiskop deyib ki, həmin hadisələrdən nəticə çıxaraq gələcəkdə onların təkrarlanmaması üçün faciələri əbədi yaddaşda saxlamalıyıq. Konfransda Azərbaycandakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov isə bildirib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalı kimi bir şəhər yer üzündən silinib. O deyib ki, bu faciəyə hələ də dünya ölkələri tərəfindən layiqli qiymət verilməyib. “Gec-tez dünya kimin haqlı, kimin nahaq olduğunu başa düşəcək. İstər Xocalıda, istərsə də Qarabağın digər bölgələrində cinayət törədənlər öz cəzalarına çatacaqlar” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5880.html