Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qətər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
13.01.10 20:52

“Qətər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin həllinin Ermənistan üçün də müsbət nəticələr verəcəyinə inanır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Qətər Dövlətinin Əmiri Şeyx Hamad Bin Xəlifə Əl-Təni Azərbaycanın xarici işlər nazri Elmar Məmmədyarovla görüşündə səsləndirib. Qətər əmiri ilə görüşdə E.Məmmədyarov Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin hər zaman Qətər tərəfindən dəstəklədiyinə görə təşəkkür edib. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesi və nizamlanmaya dair ölkəmizin mövqeyi barədə ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin nizamlanmasında müsbət irəliləyişin yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkünlüyünü bildirib. Əmir Şeyx Hamad Bin Xəlifə Əl-Təni Qətərin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini, eyni zamanda münaqişənin həllinin bütün region, habelə Ermənistan üçün müsbət nəticələr verəcəyini vurğulayıb. Görüşdə Yaxın Şərq problemi və Qətərin regional təhlükəsizliyin təmin olunmasındakı rolu barədə fikir mübadiləsi də aparılıb.
URL / WWW
http://kelam.az/article/a-588.html