Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dini liderlər Xocalı faciəsi ilə bağlı dünya ölkələrinə müraciət ünvanlayıblar
24.02.12 02:20

Bu gün Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda məskunlaşan müxtəlif dinin liderləri Xocalı faciəsi ilə bağlı dünya ölkələrinin dövlət başçılarına, parlamentarilərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına müraciət ünvanlayıblar. “KƏLAMİNFO” xəbər verir ki, müraciəti QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşenin , Azərbaycandakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov və Roma Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin imzalayıblar. Müraciətdə bildirilir ki, Xocalı faciəsi bu günədək beynəlxalq səviyyədə tam olaraq qınaq obyektinə çevrilməyib, onun baiskarları layiqli cəzalarını almayıblar. “Bəşəriyyət bu gün haqqa-ədalətə səs verməsə, sabah nahaq və rəzalətin qurbanı ola bilər. Odur ki, üzümüzü dünya ölkələrinin dövlət başçılarına, parlamentarilərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına tutaraq, Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini soyqırımı aktı kimi tanımağa çağırırıq” - deyə bildirilir. Müraciətdə deyilir ki, Xocalıda törədilmiş soyqırımıyla bağlı Azərbaycan həqiqətlərinin israrla dünyaya yayılması yalançı təbliğat qurmaq məqsədi ilə informasiya plagiatından belə çəkinməyən erməni təcavüzkarlarının əsl simasının açılmasına yardım göstərəcək.
URL / WWW
http://kelam.az/article/a-5877.html