Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
23.02.12 03:22

Prezident İlham Əliyev fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Kapitsaya təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli Sergey Petroviç, icazə verin, Sizi elmi biliklərin təbliği sahəsində görkəmli nailiyyətlərinizə görə Rusiya Elmlər Akademiyasının Qızıl medalı ilə təltif olunmağınız münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayım. Sizin elmin inkişafına və elmi biliklərin geniş miqyasda təbliğinə verdiyiniz böyük töhfə bütün dünyada, o cümlədən Azərbaycanda yüksək qiymətləndirilir. Ötən il Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Sizinlə görüşümü məmnunluqla xatırlayıram. Sizin Heydər Əliyev Fondunda keçirdiyiniz görüş də Azərbaycan ilə Rusiya Federasiyası arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini vermişdir. Sizi Rusiya Elmlər Akademiyasının yüksək mükafatı ilə təltif olunmağınız münasibətilə bir daha təbrik edir, Sizə elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram.”
URL / WWW
http://kelam.az/article/a-5876.html