Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
22.02.12 20:22

“Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni hərbi birləşmələri tərəfindən törədilmiş cinayətlərdə əli olan 287 nəfər barəsində müvafiq qərarlar çıxarılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Respublika Baş Prokurorluğunda keçirilən mətbuat konfransında Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin Xüsusi İstintaq şöbəsinin rəisi, işğal olunmuş torpaqlarda törədilmiş cinayətlər üzrə istintaq qrupunun rəhbəri Mehman Poladov bildirib. O qeyd edib ki, hazırda bütün işğal olunmuş torpaqlarda, xüsusilə Qaradağlıda və Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər üzrə istintaq davam edir, açılmamış çox fakt var. “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində soyqırımı, habelə sülh və insanlıq əleyhinə başqa ağır, xüsusilə ağır cinayətləri erməni milliyyətindən olan Azərbaycan vətəndaşları ilə bərabər, Ermənistan vətəndaşları da törədib. Onlardan indiyə qədər 28 nəfəri barəsində qanunamüvafiq qərar qəbul edilib” - deyə M.Poladov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5875.html