Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
23.02.12 02:22

“Xocalı faciəsinə beynəlxalq hərbi tribunalda hüquqi qiymət verilməsi üçün ayrıca istintaq qrupu yaradılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Qarabağda törədilmiş cinayətlər üzrə istintaq qrupunun rəhbəri Mehman Poladov bildirib. O, qeyd edib ki, istintaq qrupu Azərbaycanın Baş prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə yaradılıb. “İstintaqın əsas məqsədi törədilən soyqırım hadisələri və cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsində nail olmaqdır. O deyib ki, istintaq qrupu cinayətlərdə əli olan bütün şəxsləri müəyyən edib. Ümidvaram ki, istintaq yaxın zamanlarda işini yekunlaşdıracaq və məsələ Beynəlxalq Hərbi tribunala çıxarılacaq”- deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5874.html