Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
23.02.12 02:22

Turizm sahəsində 3 milyard dollara yaxın vəsait dövriyyədə saxlanılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm ili”nin yekunlarına həsr olunan kollegiya iclasında deyib. Nazir bildirib ki, Azərbaycana gələn turist orta hesabla 700 dollar xərcləyir: “Ölkəyə il ərzində 2 milyondan çox turistin gəldiyini nəzərə alsaq, büdcəyə 1,5 milyard dollar vəsait turistlərin hesabına daxil olur. Bu qədər vəsait də daxili turizmin potensialında möcvuddur. Azərbaycan turizmi 3 milyard dollara qədər vəsaiti dövriyyədə saxlayır”. Ə.Qarayev bildirib ki, xaricdən gələn insanların sayının artım tempi Ümumdünya Turizm Təşkilatının orta göstəricilərindən üstündür. Onun sözlərinə görə, ötən il Azərbaycana gələn turistlərin sayında 14 faiz artım qeydə alınıb: “Gözləyirik ki, bu il bizim üçün daha uğurlu olacaq. Çünki bu il Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi və digər mühüm təbirlər keçiriləcək. Bunun nəticəsində Azərbaycana gələn insanların sayı artacaq”. Nazir qeyd edib ki, hazırda ölkədə 50-yə yaxın yeni mehmanxana inşa olunur.
URL / WWW
http://kelam.az/article/a-5872.html