Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
21.02.12 20:05

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 17-də Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Bu barədə “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat veriblər. BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 7 "Qızıl Xaç" məktubu çatdırılıb, erməni ailəsindən isə 3 "Qızıl Xaç" məktubu alınıb. Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var. Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
URL / WWW
http://kelam.az/article/a-5868.html